"Çukariçki" hücum xəttindəki boşluğu doldurdu
Serbiyanın "Çukariçki" klubu millimizin və "Sumqayıt"ın forvardı Amil Yunanovu transfer etmək istəsə də, bunu reallaşdıra bilməmişdi.
Sportal.az xəbər verir ki, Amil Yunanovu transfer edə bilməyən Serbiya klubu hücum xəttindəki boşluğu doldurub. "Çukariçki" Serbiyanın digər klubu - "Partizan"dan İsmayıl Beko Fofananı transfer edib. 27 yaşlı kot-d-ivuarlı futbolçunun transferi "Çukariçki"yə 20 min avroya başa gəlib.
Əlavə edək ki, "Çukariçki" Amil Yunanovun transfer qiymətinin baha olduğuna görə, "Sumqayıt"a təklif göndərməmişdi.
Qeyd edək ki, İsmayıl Beko Fofana karyerası ərzində Partizandan əlavə, "Şirak" (Ermənistan") və Çinin "Qinqdao Yonun" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi