Oyun monteneqrolu referiyə həvalə olundu
Avropa Liqasının I təsnifat mərhələsinin "Baltsan" - "Neftçi" oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, Maltada keçiriləcək ilk oyun monteneqrolu referi Yovan Kaludyeroviçə tapşırılıb.
Ona həmyerliləri - Daniel Deviç və Vladan Todoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mileta Şçepanoviç yerinə yetirəcək.
UEFA nümayəndəsi Miçal Mertinyak (Slovakiya), hakim-inspektor isə Vaslav Krondl (Çexiya) olacaq.
Qeyd edək ki, "Baltsan" - "Neftçi" oyunu iyunun 30-da, Bakı vaxtıyla saat 20:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək və ilk matç kimi 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi