Su və xurma ilə təmin olunacaqlar
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” oyununda oruc tutanların iftarı üçün şərait yaradılacaq.
Sportal.az xəbər verir ki, oruc tutanlar A və B sektorlarında su və xurma ilə təmin olunacaq.
Bundan əlavə, Gəncə təmsilçisi oruc tutan jurnalistlərin iftarı üçün də şərait yaradacaq.
Həmçinin Mərdəkana yollanacaq azarkeşlərin rahat şəkildə geri qayıtmağını təmin etmək məqsədilə 141 saylı marşrut avtobusunun iş qrafiki uzadılıb. Gəncə klubunun xahişi ilə 141 saylı marşrut xətti üzrə avtobuslar “Neftçilər” metrostansiyasının yanından Mərdəkan qəsəbəsinə gecə saat 23:00-a kimi işləyəcək.
saytlarin hazirlanmasi