Oleq Bejanov: "Cavab oyununda "Daçiya"dan başqa oyun görəcəksiniz"

22:22 - 28 İyun 2016

"Komandamızda yeni futbolçular bir-birinə tam uyğunlaşa bilməyiblər"
 
Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz” Moldovanın "Daçiya” komandası ilə qarşılaşıb. "Dalğa Arena”da baş tutan qarşılaşmada hesab açılmayıb.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Daçiya”nın baş məşqçisi Oleq Bejanov jurnalistlərin suallarını cavablandırıb: 
 
"Gözlədiyimiz kimi ağır oyun oldu. İlk hissədə bir qədər həyəcanlı olsaq da, fasilədən sonra özümüzə gəldik. "Kəpəz” çox yaxşı komandadı. Rəqibə artıq bələdik. İkinci oyunda daha yaxşı mübarizə aparmağa çalışacağıq”. 
 
- Bu gün siz ehtiyat oyunçular skamiyasında oturmuşdunuz və sizin vəzifənizi klub prezidenti yerinə yetirirdi. Bunu necə izah edə bilərsiniz?
- Mən bu suala avab vermək istəyirəm. Mətbuat katibi müdaxilə edir: Klub prezidentinin ehtiyat oyunçular skamiyasında oturmağa haqqı var. O da bundan istifadə edirdi. Buşaq sualınız varsa, cavablandırmağa hazırıq. 
 
- Moldova  çempionatı oyunlarında da tapşırıqları klub prezidenti verir?
- Mən bu suala heç bir cavab verməyəcəm.
 
- Öncədən daha güclü "Daçiya” gözləyirdik. Bu, əsl "Daçiya" idi?
- Sizdə nəyə görə belə bir fikir yarandığını başa düşə bilmirəm. Komandamızda yeni futbolçular bir-birinə tam uyğunlaşa bilməyiblər. Futbolçularımız 20 gündü bir yerdədirlər. Cavab oyununda "Daçiya”dan başqa oyun görəcəksiniz.  

Xəbər xətti