Rodrigez "Maynts"da
"Qalatasaray" ispan futbolçu Xose Rodrigez Martinezlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Belə ki, yarımmüdafiəçi "Mayns” klubu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə klubun rəsmi "twitter” səhifəsində məlumat verilib. Gənc yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xose Madrid "Real”ının yetirməsidir. O, ötən il "cim-bom”a transfer olunmuş və özünə bəslənilən ümidləri doğrulda bilməmişdi.
saytlarin hazirlanmasi