Vəli Qasımov "Baltsan"dan çəkinir: "Nəticə qazanırlar"

00:41 - 30 İyun 2016

"Hücumçuları xoşumuza gəldi, Malta milli komandasının üzvüdür"
 
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Neftçi" Maltada "Baltsan”ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyun haqda fikirlərini bildirib:
 
"Bizi çətin oyun gözləyir. Rəqib haqda məlumat toplamışıq, zəif komanda deyil. Hücumçuları xoşumuza gəldi, Malta milli komandasının üzvüdür. Orta xəttdə də yaxşı futbolçuları var. Sadə futbol oynayırlar və nəticə qazanırlar. Bununla belə, istəyirik burada yaxşı oyun göstərib ilk mərhələni biz keçək. Yeni transferlərimiz var, onların oyununu bəyənib komandaya cəlb etmişik. Düzdür, düşərgəyə yeni qoşulublar, amma hesab edirəm ki, bu qısa müddət ərzində komandaya uyğunlaşa biliblər”.

Xəbər xətti