Görüşü ukraynalı hakimlər idarə edəcək
UEFA Avropa Liqasında "Neftçi" - "Baltsan" matçının hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, cütlüyün cavab matçını ukraynalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yaroslav Kozik, yan xətt hakimləri isə Yevqeni Xalamendik və Viktor Matyas olacaq. 4-cü hakim funksiyasını isə Nikolay Balakın yerinə yetirəcək.
Qeyd edək ki, "Neftçi" - "Baltsan" matçı 7 iyul tarixində keçiriləcək.
saytlarin hazirlanmasi