Çilinin rəqibi kim olacaq?
	 
	Amerika kubokunun qalibi ilə Avropa çempionatının qızıl medalını qazanan komandalara qarşılaşacaq.
	 
	Sportal.az xəbər verir ki, bu haqda CONMEBOL-un prezidenti Alexandro Dominqes məlumat verib:
	 
	“Biz Avropa və Amerikanın ən güclülərinin qarşılaşmasını istədik. UEFA-ya müraciət etdik və müsbət cavab aldıq”.
	 
	Qeyd edək ki, Kopa Amerika turnirinin qalibi Çili yığması olub. Avropa çempionatının qalibi isə 10 iyulda müəyyənləşəcək.
                      
saytlarin hazirlanmasi