Son çempionla müqavilə imzalayacaq
Azad agent statusu daşıyan Hatem Ben Arfanın yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ötən mövsüm "Nitsa"nın heyətində xarüqələr yaradan hücumçu PSJ ilə anlaşıb. Bu haqda futbolçunun agenti Mişel Ouzan məlumat verib.
Transferin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
saytlarin hazirlanmasi