"Liverpul"dan növbəti transfer

20:22 - 1 İyul 2016

Matip Liverpul təmsilçisində

 

"Liverpul" yeni mövsüm öncəsi növbəti transferini gerçəkləşdirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi "Şalke"dən daha öncə razılığa gəldiyi Joel Matipi heyətinə qatıb. Kamerunlu futbolçunun transferinin detalları açıqlanmayıb. Matip "Liverpul"da 32 nömrəli formanı geyəcək.
 
Qeyd edək ki, "Liverpul" daha öncə Sadio Mane, Marko Qrujiç və Loris Kariusu transfer edib.

Xəbər xətti