Erməni futbolçu "Mançester Yunayted"ə 42,5 milyon avroya başa gəldi

15:49 - 2 İyul 2016

"Borussiya"dan ayrıldı
 
"Borussiya" Dortmundun erməni futbolçusu Henrix Mxitaryan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"ə keçidi rəsmiləşib. Mxitaryanın transferi "qırmızı şeytanlar"a 42,5 milyon avroya başa gəlib.
 
Qeyd edək ki, Henrix Mxitaryan 2013-cü ildən "Borussiya" Dortmundda çıxış edirdi.

Xəbər xətti