"Ayrılmaq qərarını vermək mənim üçün çox çətindi"
"Mançester Yunayted"in əfsanəvi futbolçusu olmuş, hazırda isə məşqçi kimi çalışan Rayan Giqqz "Old Traford"u tərk edib.
Sportal.az xəbər verir ki, uelsfli futbol mütəxəssisi klubdan ayrıldığını açıqlayıb. Giqqz verdiyi açıqlamada "Artıq yeni bir dönəmə girdiyim üçün çox həyəcanlıyam. "Mançester Yunayted" 14 yaşımdan bəri həyatımın ən önəmli parçası oldu. Ayrılmaq qərarını vermək mənim üçün çox çətindi" deyə bildirib.
Futbolçu karyerasını başa vurduqdan sonra Premyer Liqa klubunda Devid Moys və Lui van Qalın köməkçisi olmuş mütəxəssis baş məşqçi postuna gətirilən Joze Mourinyo ilə çalışmayacaq.
Qeyd edək ki, Giqqz "Mançester Yunayted"də keçirdiyi 23 mövsümdə 13 Premyer Liqa çempionluğu, 4 İngiltərə kuboku, 2 Çempionlar Liqası çempionluğu sevinci yaşayıb.
saytlarin hazirlanmasi