Rakitiçin evi daşlanıb
Xorvatiya milli komandasının və "Barselona"nın aparıcı futbolçusu olan İvan Rakitiç hücuma məruz qalıb.
Sportal.az xəbər verir ki, tətilini keçirən futbolçunun ailəsi ilə birlikdə qaldığı evə hücum olub. 6 gəncin evi daşlaması nəticəsində Rakitiçin və ailəsinin zərər görmədiyi bildirilir. Bu hadisədən sonra ulduz futbolçu istirahətini yarımçıq qoyaraq geri qayıtmağa məcbur olub.
Qeyd edək ki, Rakitiçin şərəfini qoruduğu Xorvatiya milli komandası Avro 2016-da 1/8 finalda Portuqaliyaya məğlub olaraq mübarizəni dayandırmışdı.
saytlarin hazirlanmasi