Çinin "Pekin Quoan” klubunda forma geyinən Türkiyə millisinin üzvü Burak Yılmaz qalmaqala səbəb olub.
Sportal.az xəbər verir ki, hadisə Çin Super Liqasının XVI turunda baş tutan "Henan Jianye” – "Pekin Quoan” matçında qeydə alınıb. Belə ki, matçın gedişi zamanı türkiyəli futbolçu rəqib komandanın oyunçusu Jinbao Zonqa qarşı sərt oynayıb. Bu hadisədən sonra "Henan Jianye”nin futbolçuları Burakın üstünə hücum çəkib. Digər futbolçuların müdaxiləsindən sonra ara sakitləşib.
Burak sərt hərəkətinə görə hakim tərəfindən sarı vərəqə ilə cəzalanıb.