Batşuayi London klubunda
İngiltərənin "Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "zadəganlar” Fransanın "Marsel” klubunun futbolçusu Mişi Batşuayini rənglərinə bağlayıb. 22 yaşlı belçikalı hücumçu "Çelsi" ilə 5 illik müqavilə imzalayıb.
London klubu Batşuayi üçün "Marsel”ə 40 milyon avro ödəyib.
Fransa təmsilçisi 2004-cü ildə Didye Droqbanı 37,5 milyon avroya "Çelsi”yə satmaqla tarixinin ən bahalı transferini reallaşdırmışdı.
saytlarin hazirlanmasi