"Daçiya" - "Kəpəz" matçının hakimləri açıqlandı

11:33 - 4 İyul 2016

Oyunu Laşa Silqava idarə edəcək
 
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Daçiya” – "Kəpəz”  oyununun hakimləri açıqlanıb.
 
Sportal.az xəbər verir ki, iyulun 7-də baş tutacaq qarşılaşmanı gürcüstanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Laşa Silaqava olacaq.
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
19:00. "Daçiya” (Moldova) – "Kəpəz” (Azərbaycan)
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya (Moldova). "Speya” stadionu

Xəbər xətti