Paytaxt klubundan ayrılan futbolçunun yeni komandası məlum oldu

13:00 - 4 İyul 2016

Kasradze "Sioni"də
 
Mövsüm başa çatdıqdan sonra "İnter”dən ayrılan gürcüstanlı futbolçu Laşa Kasradzenin yeni iş yerinin adına aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Laşa Kasradze Bolnisini təmsil edən "Sioni” klubu ilə anlaşıb. Ölkəmizdə "İnter”dən başqa AZAL-da da çıxış edən Kasradze yeni klubu ilə 1 illik müqavilə imzalayıb. 
 
Qeyd edək ki, "İnter”dən ayrılan digər gürcüstanlı Georgi Lomaya da ölkəsinə üz tutmuşdu. Təcrübəli qolkiper "Dinamo” ilə anlaşmışdı.

Xəbər xətti