Komanda Suraxanıda hazırlaşır
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya”nın qonağı olacaq “Kəpəz” hazırlığı davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” Bakıda hazırlaşır. Komanda qarşıdakı matç öncəsi paytaxtda son iki məşqini bu gün və sabah keçəcək. Nizami yurdunun təmsilçisinin məşqləri “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında saat 17:30-da başlayacaq.
“Kəpəz”in heyətində iki futbolçunun yüngül zədəsi var. Tural Nərimanov və Tural Rzayevin müəyyən ağrıları olsa da, klubun tibb presonalının səyi nəticəsində hər iki futbolçu hazırlıq prosesində iştirak edə bilir.
“Kəpəz” PFK-nın rəhbərliyi Avroliqa oyununa hazırlıq üçün şərait yaratdığına görə Ağdam klubuna minnətdarlığını bildirir.
saytlarin hazirlanmasi