Suares "Barselona"da
"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, katalonlar ötən mövsüm 4 milyon avro qarşılığında "Vilyarreal"a satdığı Denis Suaresi heyətə cəlb edib. "Barselona" müqavilədəki şərtə görə, Suaresi geri qaytarıb. "Barselona" Denis Suaresin keçidinə görə "sarı sualtı qayığ"a 3,250 milyon avro ödəyib.
22 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçi son mövsümdə "Vilyarreal"ın heyətində keçirdiyi 48 oyunda 5 qol vurub və 13 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi