Ramin Musayev 3-cü dəfə PFL prezidenti seçildi

12:00 - 5 İyul 2016

Növbəti 4 ildə
 
Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsinə seçki keçirilib.
 
Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edirlər.  Yeganə namizəd olan Ramin Musayev yenidən PFL prezidenti vəzifəsinə seçilib. Bununla da 53 yaşlı futbol funskionerinin adıçəkilən qurumda 3-cü fəaliyyət dönəmi başlayıb.   
 
Xatırladaq ki, Musayev PFL yarandığı vaxtdan - 2008-ci ilin iyulun 2-dən başçılıq edir.

Xəbər xətti