"Zirvə" yarışın qalibi oldu
Azərbaycanda ilk dəfə Lənkəran "Qafqaz Sahil Oteli”nin çimərlik oyunları meydanında keçirilən "Footvolley” idman növü üzrə yarışlara yekun vurulub.
Sportal.az xəbər verir ki Turnirdə Lənkəranın "Göyşaban”, "Xəzər-92”, "Zirvə Fk”, Bakının "Təhsil”, Masallının "Ərkivan” və Salyanın "Kür” komandaları iştirak ediblər.
2 dövrədən ibarət keçirilən yarışlarda Salyanın "Kür” III – yeri, Masallının "Ərkivan” komandası II- yeri, Lənkəranın "Zİrvə Fk” komandası isə Region Kubokunun sahibi olub.
Turnirin ən yaxşı oyunçusu adını "Ərkivan” komandasının oyunçusu İbayev Balayar layiq görülüb. Turnirə Cənub RFF – nin və yeni yaradılacaq Footvolley Federasiyasının nümayəndələri rəhbərlik edib.
saytlarin hazirlanmasi