Nikolas Kanalesin yeni komandasının adına aydınlıq gəldi

15:07 - 5 İyul 2016

Karyerasını Qazaxıstanda davam etdirəcək
 
"Neftçi"dən ayrılan Nikolas Kanales özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, çilili forvard karyerasını Qazaxıstanda davam etdirəcək. 31 yaşlı futbolçu "Okjetpes" klubu ilə müqavilə imzalayıb.
 
Qeyd edək ki, "Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç də "Okjetpes"də çıxış edir.

Xəbər xətti