Nani "yarasalar"la 3 illik müqavilə imzalayıb
"Fənərbaxça"nın futbolçusu Luiş Nani karyerasını İspaniya La liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu "Valensiya"ya transfer olub. Bu barədə klubun rəsmi saytında məlumat verilib. "Yarasalar" 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb. "Valensiya" Naninin transferinə görə "sarı-lacivərtlilər"ə 8,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Fənərbaxça"ya 2015/2016-cı il mövsümünün əvvəlində transfer olunan ulduz futbolçu İstanbul klubunun heyətində meydana çıxdığı 46 rəsmi matçda 12 qol vurub.
saytlarin hazirlanmasi