"Qələbə qazanmağa çalışacağıq"
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Neftçi” – "Baltsan” oyunundan öncə "Neftçi”nin baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı baş tutub.
Sportal.az xəbər verir ki, Qasımov jurnalistlərin suallarını cavablandırıb:
"Komanda Maltadan gəldikdən sonra istirahət etməyib. Yaxşı vəziyyətdəyik. Oyun gününü gözləyirik və qələbə qazanmağa çalışacağıq”.
- İlk oyuna görə, "Neftçi”nin mərhələ adlamaq şansı var. Nəyə görə, ikinci mərhələdəki potensial rəqiblərinizin oyunlarını izləmirsiniz?
- Biz hələ "Baltsan”ı keçməmişik. Malta klubunu keçib, daha sonra digər rəqiblər haqqında düşünməliyik. II təsnifat mərhələsindəki potensial rəqiblərimizin də oyunlarını izləmişəm.
- Ayltonun komandadan gedişi rəsmiləşib?
- Xeyr, hələ ki, danışıqlarımız davam edir. Yaxın günlərdə bəlli olacaq.
- "Neftçi"nin hücumçu problemi olduğu aydındı. Hücumçu axtarışınızı davam etdrirsiniz?
- Seleksiya işlərimiz davam edir, hələ ki, seleksiya işini başa vurmamışıq. Bəzi hücumçular var ki, onlara nəzər yetirmişik. Amma bəyəndiyimiz futbolçu yoxdu. Əgər istədiyimiz hücumçunu tapa bilsək müqavilə imzalayacağıq.
- Bildirdiniz ki, Ayltonla danışıqlarımız davam edir və hücumçu axtarışındayıq. Əgər seçim qarşısında qalsanız Ayltonu, yoxsa müqavilə imzalayacağınız hücumçunu Avropa Liqası üçün sifariş edəcəksiniz?
- Ayltonun 3 oyunluq Avrokubok cəzası var və o, bu cəzaların heç birini çəkməyib. Yəqin ki, hücumçunu sifariş verəcəyik. Əgər axtardığımız hücumçunu tapsaq. (Futbol11.az)
saytlarin hazirlanmasi