Şişxanov komandanın meneceri vəzifəsini icra edəcək
"Kəpəz"in UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Moldovanın "Daçiya" klubunun prezidenti Adlan Şişxanov tutduğu postdan istefa verib.
Sportal.az klubun rəsmisaytına istinadən xəbər verir ki, Şişxanov bundan sonra komandanın meneceri vəzifəsini icra edəcək.
O, menecer işləməklə futbolçulara daha yaxın olacağını bildirib: "Bu yolla mən komandaya daha yaxın olacağam, hadisələrin aktiv iştirakçısına çevirləcəyəm. Belə komandaya daha faydalı olacağıma inanıram. Komandaya daha çox uğur qazandıra bilərəm".
Qeyd edək ki, "Kəpəz"lə Bakıda keçirilən oyunda A.Şişxanovun texniki zonada dayanaraq baş məşqçinin əvəzinə futbolçulara göstəriş verməsi və oyunçu dəyişikliyi etməsi diqqət çəkib.
saytlarin hazirlanmasi