Paytaxt klubundan rəsmi transfer

20:38 - 5 İyul 2016

Virsalyko ilə 5 illik müqavilə imzalanıb

 

Madridin "Atletiko" klubu heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi İtaliyanın "Sassuolo" klubunun futbolçusu Sime Virsalkonu transfer edib. İspaniya klubu 24 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb. Xorvatiyalı futbolçunun transferinin maliyyə tərəfləri haqda məlumat verilməyib.

 

Qeyd edək ki, Virsalko "Sassuolo"nun heyətində keçirdiyi 2 mövsüm ərzində meydana çıxdığı 59 matçda 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti