Noyştadter "Fənərbağça" ilə müqavilə imzaladı
"Fənərbaxça" növbəti transferini reallaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Şalke"dən ayrılan Roman Noyştadteri heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi yeni klubunda 33 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Roman Noyştedter ötən mövsüm "Şalke"də çıxış edib. O, Rusiya millisinin AÇ-2016-nın final mərhələsi üçün heyətində yer almışdı.
saytlarin hazirlanmasi