"Bakı"nın sabiq baş məşqçisi Çin klubunda

13:47 - 6 İyul 2016

Pantiçin yeni iş yeri məlum oldu
 
"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiçin yeni klubu məlum olub.
 
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis karyerasını Çində davam etdirəcək.
 
50 yaşlı mütəxəssis II liqada mübarizə aparan “Dalian Yifanq” klubu ilə anlaşıb. Komanda hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 
Qeyd edək ki, Pantiç 2013/14 mövsümündə “Bakı”nı çalışdırıb.

Xəbər xətti