Gökhan Törə "Vest Hem"də"
İngiltərə Premyer Liqasında mübarizə aparan "Vest Hem" türk futbolçunun transferini yekunlaşdırmaq üzrədir.
Sportal.az xəbər verir ki, Slaven Biliçin komandası "Beşiktaş"da forma geyən Gökhan Törəni transfer etmək üçün artıq "qara qartallar"ı razı salıb. İngilis klubu 24 yaşlı Törəni 3 milyon avro qarşılığında 1 illik icarəyə götürsə də, müqavilədə 13 milyon avro qarşılığında satın almaq maddəsi də qeyd edilib.
Qeyd edək ki, Gökhan Törənin "Beşiktaş"la 2019-cu ilədək müqaviləsi var.
saytlarin hazirlanmasi