4 illik müqavilə imzalanıb
İngiltərənin "Mançester Yunayted" klubu növbəti transferini reallaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Borussiya" Dortmundun futbolçusu Henrix Mxitaryanı transfer edib. Ermənistan milli komandasının üzvü ilə 4 illik müqavilə imzalanıb.Bu transfer "Mançester Yunayted"ə 42,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, 2013-cü ildən "Borussiya" forması geyən erməni futbolçu 2015/2016-cı il mövsümündə meydana çıxdığı matçlarda 23 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.