Baneqa Milan klubunda
İtaliyanın "İnter" klubu heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi "Seviliya"dan Ever Baneqanı transfer edib. Argentina milli komandasının üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2014-cü ildən "Seviliya" forması geyən Baneqa Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 59 matçda 8 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi