Stadionun ot örtüyü bərbaddır
Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Qəbələ” səfərdə Gürcüstanın "Samtredia” komandasının qonağı olacaq.
Sportal.az xəbər verir ki, matç Zestafoni şəhərində yerləşən David Abaşidze adına stadionda oynanılacaq.
Oyundan 1 gün öncə stadionda məşq edən "Qəbələ” arenanın bərbad vəziyyəti ilə üzləşib. Belə ki, stadionun ot örtüyünün vəziyyəti acınacaqlı durumdadı.
Maraqlısı budur ki, matçdan iki gün öncə bu stadionda başqa oyun keçirilib.
Satdionda olan monitorun da köhnə olduğu diqqəti çəkir.
Qeyd edək ki, "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da bu amilə toxunub. Mütəxəssis bildirib ki, ot örtüyünün sabaha qədər düzələcəyinə ümid edir.
saytlarin hazirlanmasi