"Samtredia"nın baş məşqçisi möcüzəyə ümid edir MÜSAHİBƏ

14:01 - 7 İyul 2016

"Meydanda hər şey baş verə bilər"
 
Ölkəmizi avrokuboklarda təmsil edən "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Gürcüstanın "Samtredia" komandasının qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Giya Tsetatdze gürcüstanlı jurnalistlərin suallarını cavablandırıb. 
 
- Bu matçda nə gözləyirsiniz? "Qəbələ" "Samtredia"nın yenə darmadağın edəcək?
- Mənim komandam doğma meydanda yaxşı sərgiləyir. Bu oyunda əlimizdən gələni edəcəyik. Amma ilk oyunda etdiyimiz səhvləri təkrarlamayacağıq. Əlimizə düşən fürsətlərdən maksimum yararlanacağıq. Rəqiblə layiqli mübarizə aparacağıq.
 
- Rəqibin bu gün 2-ci heyətlə meydana çıxacağı gözlənilir...
- "Qəbələ" çox güclü komandadır. Bəlkə öz bacarığımızı nümayiş etdirdik.
 
- İlk oyundakı heyətlə bu oyundakı heyətdə fərq olacaq?
- Bu haqda heç nə söyləməyəcəm. Heyəti dəqiqləşdirmişəm. Lakin açıqlamayacam.
 
- Futbolun möcüsəzinə inanırsınız?
- Meydanda hər şey baş verə bilər. Futbolçularıma inanıram. Amma bu, çox çətin olacaq.

Xəbər xətti