"Qəbələ", "Kəpəz" və "Neftçi"nin rəqibləri məlumdur

02:04 - 8 İyul 2016

"Qəbələ" MTK Budapeştlə qarşılaşacaq
 
Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan "Qəbələ" "Kəpəz" və "Neftçi"nin növbəti mərhələdki rəqibləri müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Moldovanın "Daçiya"sını mübarizədən kənarlaşdıran "Kəpəz" Avstriyanın "Admira Vakker" klubu ilə qarşılaşacaq.
 
Gürcüstanın "Samtredia" klubundan üstün olan "Qəbələ" II təsnifat mərhələsində Qazaxıstanın "Aktobe" klubunu mübarizədən kənarlaşdıran MTK Budapeşt (Macarıstan) klubu ilə üz-üzə gələcək.
 
Malta "Baltsan"ını çətinliklə keçən "Neftçi" isə növbəti mərhələdə Makedoniyanın "Şkendiya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Xəbər xətti