Viktor Valdesin yeni komandası məlum oldu

11:55 - 8 İyul 2016

2 illik müqavilə imzalandı
 
İspaniya millisinin sabiq futbolçusu Viktor Valdes karyerasını İngiltərə  Premyer Liqasında davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper "Midlsbro" klubu ilə 2 illik müqaviləyə qol çəkib.
 
Qeyd edək ki, 2015-ci ildə "Mançester Yunayted"ə transfer olunan Viktor Valdes ötən mövsümün 2-ci yarısını icarə əsasında Belçikanın “Standart” klubunda keçirib.

Xəbər xətti