"Qəbələ" 5 pillə irəlilədi

14:00 - 8 İyul 2016

"Qarabağ" ən yaxşı göstəriciyə malikdir
 
UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.
 
453 ölkənin yer aldığı siyahıya 144,428 xalla Madrid “Rea”lı başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədədir.
 
Klublarımızdan ən yaxşı göstəriciyə sahib olan “Qarabağ”dır. Ağdam  təmsilçisi ötən ayla müqayisədə 1 pillə geriləyib və 13,375 xalla 122-ci yerdədir.
 
“Neftçi” xalını 9,125-ə çatdıraraq 2 pillə irəliləyib və 156-cı yerdədir.
 
“Qəbələ” 5 pillə irəliləyərk 5.625 xalla 208-ci yerə yüksəlib. “İnter” 6 pillə geriləyərək 5.375 xalla 219-cu pillədə qərarlaşıb.
 
“Xəzər Lənkəran” da 6 pillə geriləyib. 3.827 xalı olan cənub təmsilçisi 284-cü yerə düşüb. Beş pillə irəliləyən “Kəpəz” isə 3.375 xalla 312-ci yerə yüksəlib. 
 
Siyahıda “Bakı”nın da adı var. Paytaxt klubu 6 pillə geriləyərək 3.125 xalla 323-cü yerə enib.

Xəbər xətti