Abbasov komandasına qələbə qazandırdı
"Sumqayıt" FK "Şuşa-Qarabağ"la yoxlama oyunu keçirib.
"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi altında gündə iki dəfə olmaqla davam etdirir. "Kimyaçılar" təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, "Sumqayıt" FK "Şuşa-Qarabağ"ı minimal hesabla üstələyib. Oyunda yeganə qolu Mirabdulla Abbasov vurub.
Qeyd edək ki, "kimyaçılar" növbəti yoxlama oyununu iyulun 10-da "Zirə"yə qarşı keçirəcək. Qarşılaşma saat 18:30-da "Kapital Bank Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi