"Qəbələ" ciddi rəqibdi"
Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş təmsilçimizlə keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, klubun saytına danışan təcrübəli mütəxəssis, "Qəbələ"nin ciddi rəqib olduğunu və matçların çətin keçəcəyini bildirib:
"Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarını səbirsizliklə gözləyirəm.Qarşılaşacağımız Azərbaycanın "Qəbələ" klubu ciddi rəqibdir. Bizim üçün çətin olacaq".
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 14-də Macarıstanda, cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi