"Qalatasaray"ın futbolçusu "Portu"da

12:33 - 9 İyul 2016

Transfer 6,5 milyon avroya başa gəlib

 

"Qalatasaray"ın braziliyalı futbolçusu Aleks Telles karyerasını Portuqaliyada davam etdirəcək.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsümü icarə əsasında İtaliyanın "İnter"klubunda keçirən müdafiəçini "Portu"ya satıb. Portuqaliyalılar gənc cinah müdafiəçisinin transferi üçün "sarı-qırmızılar"a 6,5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, "Qalatasaray" Tellesi 2014-cü ilin yanvarında Braziliyanın "Qremio" klubundan 6 milyon 150 min avroya transfer etmişdi.

Xəbər xətti