Sisse "Şandonq Lunen"də
Daha bir ulduz futbolçu karyerasını Çində davan etdirəcək.
Sportal.az xəbər verir ki, "Nyukasl"ın hücumçusu Papiss Sisse də Asiya ölkəsinə üz tutub. İngiltərə klubunun rəsmi saytında verilən məlumata görə 31 yaşlı forvard Çin Super Liqasında mübarizə aparan "Şandonq Lunen" klubuna transfer olunub.
Qeyd edək ki, "Nyukasl"a 2012-ci ildə Almaniyanın "Frayburq" klubundan transfer olunan seneqallı futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 131 matçda 44 qola imza atıb.
saytlarin hazirlanmasi