Müqaviləsindəki şərtə görə
İrlandiya millisinin sabiq futbolçusu Kolin Antoni Doyl İngiltərədə klub dəyişib. Son olaraq "Blekpul”da çıxış edən futbolçu bundan sonra "Bredford Siti”də çərçivəni qoruyacaq.
Sportal.az "Skysports”a istinadən xəbər verir ki, "Bredford Siti” bu transfer üçün "Blekpul”a 1 funt-sterlinq məbləğ ödəyib (Azərbaycan pulu ilə 2 manat). Belə ki, Doylun müqaviləsində yer alan bəndə görə, onu transfer etmək istəyən klub cəmi 1 funt-sterlinq ödəyərək heyətinə qata bilərdi.
Qeyd edək ki, 31 yaşlı qolkiper İrlandiya millisinin heyətində 1 oyun keçirib.
saytlarin hazirlanmasi