3 illik müqavilə imzalanıb
"Qəbələ"nin sabiq futbolçusu Leonardo da Silva karyerasını Serbiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu "Partizan"la münasibətləri rəsmiləşdirib. Belqrad klubunun rəsmi saytında verilən məlumata görə tərəflər arasında 3 illik müqavilə imzalanıb. O, yeni komandasında "Qəbələ"də olduğu kimi 42 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2013/14 mövsümündə "Qəbələ"də çıxış edən Leonardo da Silva Premyer Liqanın bürünc medallarına yiyələnib.
saytlarin hazirlanmasi