"Şansımızı saxlaya biləcək istənilən hesab bizi qane edir"
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah baş tutacaq "Qarabağ” – "Düdelanj” oyunundan bir gün öncə Lüksemburq klubunun baş məşqçisi Dino Topmöllerin mətbuat konfransı baş tutub.
Sportal.az xəbər verir ki, gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
"İlk öncə qonaqpərvərliyə görə təşəkkür edirəm. Bakı gözəl şəhərdir. Oyunda gəlincə, "Qarabağ” çox yaxşı komandadı. Sabahkı oyunda "Qarabağ”favoritdi. Ancaq futbolda hər şey ola bilər. İnanıram ki, bəxt və oyun amili bizim üçün yaxşı olacaq. Növbəti mərhələyə adlamaq istəyirik və bunun üçün mübarizə aparacağıq”.
- Klaus Topmöllerin oğlusunuz. Atanız Gürcüstan millisində baş məşqçi olub. Gürcüstan da Azəbvaycan kimi Qafqaz ölkəsidi. Atanız sizə "Qarabağ”la bağlı hansı məsləhətləri verib?
- Atamla bir dəfə danışmışam. O, mənə Azərbaycan klubları barəsində kifayət qədər məlumat verməyib.
- Qurban Qurbanov rəqib haqda maraqlı fikirlər səsləndirdi. Bəs, siz “Qarabağ” haqda nə bilirsiz?
- İlk oyunumuz olacaq. Hiss olunur ki, “Qarabağ” uzun müddətdir ki, eyni sitemdə oynayır. Qısa ötürmələrdən daha çox istifadə edirlər. Avstriyada olan zaman rəqibin 2 oyununu izləmişəm.
- Azərbaycan futbolu haqda nə söyləyə bilərsiz?
- Baş verənlərdən xəbərim var. Rüfət Dadaşovu tanıyıram. O Azərbaycan yığmasının hücumçusudur. “Qarabağ”ın “İnter” və “Anderlext”lə matçlarını izləmişəm.
- “Düdelanj” “Qarabağ”la oyunda nəyə ümid edir?
- Biz Lükembur çempionuyuq. Güclü komanda olduğumuzu nümayiş etdirməyə çalışacağıq. “Qarabağ” favorit olsa da, biz öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq.
- “Qarabağ”dan ən son məlumatları əldə etmsiz?
- Futbolda hər şey çox dəyişir. Hər iki tərəfdə 11 futbolçu olacaq. Maksimum şəkildə mübarizə aparacağıq. AÇ-2016-da İslandiya İngiltərəni məğlub edibsə, biz də sürpriz edə bilərik.
- Bakıya hansı nəticə üçün gəlmisiz?
- Şansımızı saxlaya biləcək istənilən hesab bizi qane edir.
- “Qarabağ”ın heyətində hansı futbolçunu fərqləndirərdiniz?
- “Qarabağ”da yaxşı futbolçular var. Müdafiədə Rəşad Sadıqov. Mərkəzdə Almeyda və Miçel. Həmçinin Kintana və Reynaldo.
- “Düdelanj” bir neçə transfer edib. Qarşınıza hansı hədəflər qoyulub?
- Bizim əsas hədəfimiz Lüksemburqda çempion olmaqdır. ÇL-da isə daha yaxşı oyun nümayiş etdirməyə çalışacağıq.
- Baş məşqçi kimi 25-30 min azarkeş önündə oyun keçirmisiz?
- Futbolçu kimi 50-60 min azarkeş qarşısında oynamışam. Baş məşqçi kimi isə olmayıb. Bu, mənim üçün gözlənilməz yenilik olmayacaq.
saytlarin hazirlanmasi