Pelle "Şandonq Lunenq"də
İtaliya millisinin üzvü Qraziano Pelle karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, son olaraq İngiltərə Premyer Liqasında mübarizə aparan "Southempton” klubunun formasını geyinən 30 yaşlı futbolçu "Şandon Lunenq” komandası ilə münasibətlərini rəsmiləşdirib. Pelle yeni klubu ilə 2,5 müqavilə imzalayıb. Onun illik qazancı 16 milyon avro olacaq.
Qeyd edək ki, Pelle karyerası ərzində "Leççe”, "Kataniya”, "Krotone”, "Çezena”, "Az Almaar”, "Parma”, "Sampdoriya”, "Feyenoord” və "Southempton”kimi komandalarda forma geyinib
saytlarin hazirlanmasi