Oyunu belaruslu hakimlər briqadası idarə edəcək
Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Şkendiya" (Makedoniya) oyununa hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşma belaruslu hakim Sergey Sinkeviçə həvalə olunub. Ona Yevgeni Romanov və Vitali Malyutin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.
Qeyd edək ki, "Neftçi" – "Şkendiya" iyulun 14-ü saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi