"Qarabağ" ÇL-nın 3-cü təsnifat mərhələsində "Olimpiakos" və "Viktoriya" ilə qarşılaşa bilər

12:38 - 12 İyul 2016

İyulun 15-də püşk atılacaq
 
İyulun 15-də ÇL-nın III təsnifat mərhələsinin püşkü atılacaq.
 
Sportal.az xəbər verir ki, II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə qarşılaşacaq "Qarabağ" növbəti raundun səpələnməmişlər sırasındadır. Ağdam təmsilçisi "Düdelanj"ı keçəcəyi təqdirdə "Olimpiakos", "Viktoriya" Plzen və 8 cütün qalibi ilə qarşılaşa bilər.
 
Qeyd edək ki, püşkatma mərasimi 15 iyul saat 14:00-da başlayacaq.
 
Öz ölkəsində çempion olan klublar, Səpələnmişlər
"Olimpiakos" (Yunanıstan")
"Viktoriya" Plzen (Çexiya)
"Zalsburq" (Avstriya) - "Liepaya" (Latviya) cütünün qalibi
"Seltik" (Şotlandiya) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi
APOEL (Kipr) - TNS (Uels) cütünün qalibi
BATE Borisov (Belarus) - SJK (Finlandiya) cütünün qalibi
"Legiya" Varşava (Polşa) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
"Dinamo" Zaqreb (Xorvatiya) - "Vardar" (Makedoniya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi
"Kopenhagen" (Danimarka) - "Kruzaders" (Şimali İrlandiya) cütünün qalibi
 
Səpələnməmişlər
"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi
"Rusenborq" - "Nörçöpinq" (Norveç) cütünün qalibi
"Astana" (Qazaxıstan) - "Jalqris" (Litva) cütünün qalibi
"Astra" (Rumıniya)
"Şeriff" (Moldova) - "Hapoel" Be Şeva (İsrail) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) - "Valetta" (Malta) cütünün qalibi
"Dinamo" Tiblisi (Gürcüstan) - "Alaşkert (Ermənistan) cütünün qalibi
"Hafnarfyordur" (İslandiya) - "Dandalk" (İrlıandiya) cütünün qalibi
"Trençin" - "Olimpiya" Lyublyana (Sloveniya) cütünün qalibi
"Ferensvaroş" (Macarıstan) - "Partizani" (Albaniya)
 
Öz ölkəsində çempion olmayan klublar, Səpələnmişlər
"Şaxtyor" (Ukrayna)
"Ayaks" (Hollandiya)
"Anderlext" (Belçika)
"Fənərbağça" (Türkiyə)
"Sparta" (Çexiya)

Səpələnməmişlər
PAOK (Yunanıstan)
"Styaua" Buxarest (Rumıniya)
"Monako" (Fransa)
"Yanq Boys" (İsveçrə)
"Rostov" (Rusiya)

Xəbər xətti