Fransız müdafiəçi Kataloniya klubunda
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Barselona" heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kataloniyalılar "Lion"un futbolçusu Samuel Umtitini transfer edib. Fransa milli komandasının üzvü ilə 5 illik müqavilə imzalanıb. "Barselona" 23 yaşlı müdafiəçinin transferi üçün Fransa klubuna 25 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, fransız müdafiəçi 2011-ci ildən "Lion"da çıxış edir. O, Fransa klubunun heyətində 131 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi