"Tottenhem"dən rəsmi transfer FOTO

19:13 - 12 İyul 2016

Yanssenlə 4 illik müqavilə imzalanıb

 

"Tottenhem" növbəti transferini gerçəkləşdirib.
 
Sportal.az xəbər verir ki, London təmsilçisi "AZ Alkmaar"dan Vinsent Yansseni transfer edib. 22 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Bu transferin Premyer Liqa təmsilçisinə 20 milyon avroya başa gəldiyi bildirilir.
 
Qeyd edək ki, ötən mövsüm "AZ Alkmaar"ın heyətində keçirdiyi 34 oyunda 27 qol vuran Yanssen Hollandiya çempionatının bombardiri olub və ən yaxşı gənc futbolçu mükafatına layiq görülüb.
 

Xəbər xətti