"Qarabağ"dan ayrılan futbolçu İngiltərə klubunda

21:31 - 12 İyul 2016

Armenteros "Bristol Siti"də baxışdadır
 
Yay transfer dönəmində "Qarabağ”dan ayrılan Samuel Armenterosun yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, isveçli futbolçu karyerasını İngiltərədə davam etdirəcək. 26 yaşlı hücumçu İngiltərə Çempionşipində mübarizə aparan "Bristol Siti” komandasının düşərgəsində baxışdadı. 
 
"Qarabağ”ın heyətində 17 oyuna 6 qol vuran futbolçu ilə bağlı yekun qərarı "Bristol Siti”nin baş məşqçisi Li Conson cerəcək.

Xəbər xətti