Polis işçisinin qolu "Seltik"i məğlubiyyətə uğratdı VİDEO

02:32 - 13 İyul 2016

II təsnifat mərhələsinin ilk oyunu
 
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçlarda gecənin sürprizi Cəbəllütariqdə qeydə alınıb. 
 
Sportal.az xəbər verir ki, öz meydanında Şotlandiya nəhəngi "Seltik”i qəbul edən "Linkoln Red” komandası minimal hesablı ələbə qazanıb – 1:0. 
 
"Liverpul"un sabiq baş məşqçi Brendan Rocersin çalışdırdığı "Seltik”in Cəbəllütariq klubuna uduzması gözlənilməz olub.
 
Maraqlı məqam burasındadı ki, "Linkoln Red”ə qələbə qazandıran qolun müəllifi olan Li Kaskiaro peşəkar futbolçu deyil. O, ölkəsində polis işçisi kimi çalışır.
 
"Linkoln Red" 1-0 "Seltik"
Qol: Li Kaskiaro 48
 

Xəbər xətti